Tailanda Afrikadan gələn əcnəbidə “mpox” virusu aşkar olunub

Tokio, 21 avqust, /AJMEDIA

Tailandda “mpox” virusuna yoluxma halı qeydə alınıb.

AJMEDIA xəbər verir ki, virus ötən həftə Afrikadan gələn avropalıda aşkar olunub. Ştamın müəyyən olunması üçün testlərin nəticələri gözlənilir.

Xəstəliklərə nəzarət Departamentinin baş direktoru Tonqçay Kiratixattayakorn “Reuters” agentliyinə bildirib ki, Tailand hökuməti xəstənin avqustun 14-də xəstəliyin yayıldığı Afrika ölkəsindən gəldiyi üçün bu hadisəni birinci altqrupa aid “mpox” xəstəliyi kimi qiymətləndirirlər.

Baş direktor Afrika ölkəsinin adını açıqlamayıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts