Tahir Budaqov: Ümummilli Liderin Türk dünyasında xidmətləri bu gün böyük minnətdarlıqla xatırlanır

Tokio, 15 iyun , /AJMEDIA/

Ümummilli Lider Heydər Əliyevin Türk dünyasında xidmətləri bu gün də böyük minnətdarlıqla xatırlanır və olduqca yüksək dəyərləndirilir.

AJMEDIA xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov “Türk Dövlətləri Təşkilatı: geosiyasi reallıqlar və qlobal kataklizmlər fonunda yeni strateji hədəflərə doğru” mövzusunda iyunun 15-də Şuşada keçirilən beynəlxalq konfransda səsləndirib.

Mərkəzi Aparatın rəhbəri bildirib ki, Ulu Öndər “bir millət, iki dövlət” olaraq səciyyələndirdiyi Azərbaycan-Türkiyə münasibətlərinin möhkəmlənməsi istiqamətində prinsipial siyasət həyata keçirmiş, nəticə etibarilə iki qardaş ölkənin dostluq və tərəfdaşlıq əlaqələri dünyada nümunəvi xarakter alıb.

“Türk dövlətləri ilə münasibətlərin inkişafını Azərbaycanın xarici siyasət kursunun əsas istiqamətlərindən biri kimi müəyyənləşdirən Ümummilli Lider Heydər Əliyevin siyasi varisi Prezident İlham Əliyevin çoxşaxəli siyasətində Türk dövlətləri ilə ortaq mənəvi dəyərlərə və müştərək strateji maraqlara əsaslanan münasibətlərin inkişafı xüsusi yer tutur.

Dövlətimizin başçısı Türk dünyasında əməkdaşlığın dərinləşdirilməsinə, xüsusilə də Türk Dövlətləri Təşkilatının gücləndirilməsinə böyük önəm verir”, – deyə Yeni Azərbaycan Partiyası Sədrinin müavini vurğulayıb.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin ideya və təşəbbüsü əsasında 2009-cu il oktyabrın 3-də imzalanan Naxçıvan Sazişi ilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması, mütəmadi olaraq mühüm qərarların qəbul olunduğu Zirvə görüşlərinin keçirilməsi və digər amillər çoxtərəfli əlaqələrin gücləndirilməsi üçün etibarlı zəmin yaradıb. Bu təsisat uğurlu inkişaf yolunu keçərək beynəlxalq səviyyədə böyük siyasi çəkiyə və nüfuza malik Türk Dövlətləri Təşkilatına çevrilib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts