Tacikistan yüklərinin Azərbaycan üzərindən daşınması məsələləri müzakirə olunub

Tokio, 27 avqust, /AJMEDIA/

Azərbaycan Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Tacikistanın ölkəmizdəki səfiri İlxom Abduraxmonla görüşüb.

AJMEDIA xəbər verir ki, bu barədə nazir Rəşad Nəbiyev rəsmi səhifəsində paylaşım edib.

“İki ölkə arasında nəqliyyat sahəsində, o cümlədən Orta dəhliz çərçivəsində əməkdaşlığın genişləndirilməsi, Tacikistan yüklərinin Azərbaycan üzərindən daşınması məsələlərini müzakirə etdik. Noyabrda Bakının ev sahibliyi edəcəyi COP29-da Tacikistanın iştirakı barədə fikir mübadiləsi apardıq”, – deyə nazir bildirib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts