Tacikistan səfirinin Azərbaycandakı diplomatik fəaliyyəti başa çatır

Tokio, 8 iyul , /AJMEDIA/

İyulun 8-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Tacikistan Respublikasının ölkəmizdəki səfiri Rustam Soli ilə diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar görüşüb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AJMEDIA-ya bildiriblər ki, nazir Azərbaycan və Tacikistan, həmçinin xalqlarımız arasında mövcud tarixi və mədəni bağlılıqların dərin köklərinin olduğunu, onları çoxəsrlik ənənələrə əsaslanan mehriban dostluq, sıx faydalı əməkdaşlıq və qarşılıqlı fəaliyyət telləri bağladığını diqqətə çatdırıb.
Ölkələrimiz arasında əlaqələrin bütün sahələrdə gələcək inkişafına, bu münasibətlərin iki dost xalqın maraqları çərçivəsində bundan sonra da möhkəmlənəcəyinə əminlik ifadə olunub.
Səfir Soli diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib.
Nazir Ceyhun Bayramov səfir Rustam Soliyə gələcək fəaliyyətində uğurlar arzu edib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts