Tokio, 7 yanvar , /AJMEDIA/
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) 31 dekabr tarixindən 7 yanvar tarixinə kimi gücləndirilmiş iş rejimində fəaliyyət göstərib.
ADY-dən AJMEDIA-ya bildirilib ki, bayram günlərində artan sərnişin tələbatı nəzərə alınaraq Bakı-Qəbələ-Bakı marşrutu üzrə hər gün əlavə reyslər təyin olunub və xətt üzrə 3 mindən çox sərnişinə xidmət göstərilib.
Həmçinin gündəlik qrafik əsasında fəaliyyət göstərən Bakı-Ağstafa-Bakı marşrutu üzrə də sərnişin təlabatının təmin olunması məqsədilə hər iki istiqamətə əlavə 24 reys təyin olunub. Bayram günlərində müvafiq marşrut üzrə 10 mindən çox sərnişin rahat və təhlükəsiz şəkildə mənzil başına çatdırılıb.
Ümumilikdə tətil günlərində ADY qatarları ilə ölkədaxili istiqamətlər üzrə 13 314 səfər həyata keçirilib.