“Təmiz ölkəm” təmizlik aksiyası çərçivəsində Xəzərin Hövsan sahili tullantılardan təmizlənib

Tokio, 19 avqust , /AJMEDIA/

Avqustun 19-da Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Suraxanı Rayon İcra Hakimiyyəti, rayon mənzil kommunal təsərrüfatı birliyi, Hövsan qəsəbəsi bələdiyyəsi, “Qırmızı ürəklər” fondu, “Saipem”, “Bahar Energy” şirkətlərinin əməkdaşları, Aqrar İnkişaf könüllüləri və ekokönüllülərin iştirakı ilə Xəzər dənizinin Hövsan sahilində iməcilik keçirilib.
Nazirliyin mətbuat xidmətindən AJMEDIA-ya verilən məlumata görə, aksiya çərçivəsində ümumilikdə 4 hektar sahədən 1,2 tondan artıq məişət tullantısı təmizlənərək ərazidən daşınıb.
Qeyd edək ki, sahil zonasında istirahət edən sakinlər də həmin aksiyaya qoşulublar.
Nazirlik ətraf mühitin mühafizəsinə qayğı və dəstək göstərən bütün tərəfdaş qurumlara, vətəndaşlara, gənclərə təşəkkür edir, hər kəsi tullantıların düzgün idarə olunmasını təbliğ etməyə və əraziləri çirkləndirməməyə çağırır

Follow us on social

Facebook Twitter Youtube

Related Posts