Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsinə layihə qəbul edilir

Tokio, 19 mart , /AJMEDIA/

Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsinə layihə qəbul olunur.

Bu barədə AJMEDIA-ya Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, müsabiqədə dövlət tam orta ümumi təhsil müəssisələri və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün ümumi təhsil müəssisələrində çalışan pedaqoji işçilər iştirak edə bilərlər. Müsabiqəyə layihə sənədlərinin (ərizə, layihə təklifi, xərclər smetası, icra planı) qəbulu martın 31-dək aparılacaq.

Müsabiqənin keçirilməsində məqsəd təhsil müəssisələri və təhsilverənlər arasında sağlam rəqabətin və innovativ fəaliyyətin stimullaşdırılmasıdır.

Qrant müsabiqəsi barədə daha ətraflı məlumatla Təhsil Nazirliyinin saytında tanış olmaq mümkündür.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts