Tokio, 21 oktyabr , /AJMEDIA/
İnternat və internat tipli təhsil müəssisələrinə tərbiyəçi, həmçinin loqoped vəzifələri üzrə işə qəbul üçün vakansiya seçimi davam edir.
Təhsil İnstitutu nəzdində İnsan Resursları Mərkəzindən AJMEDIA-ya bildirilib ki, vakansiya seçimində iştirak etmək istəyən şəxslər müvafiq linkə daxil olaraq müraciət ünvanlaya bilərlər.
Vakansiya seçimi oktyabrın 23-ü saat 11:00-dək davam edəcək.
Seçim zamanı müvafiq ixtisasa dair baza təhsili, iş stajı və müraciət etdiyi vakansiya üzrə faktiki yaşayış yeri uyğun olan namizədlərə üstünlük veriləcək. Namizədlər linkə daxil olaraq müvafiq xanaları doldurduqdan sonra 1 vakant yer seçimi edə bilərlər.
Növbəti mərhələdə isə uyğun hesab edilən namizədlər üçün müsahibə təşkil olunacaq.
Qeyd edək ki, müsahibə zamanı namizədlərin müvafiq sahə üzrə bilik və bacarıqları yoxlanılacaq.