Tokio, 11 mart , /AJMEDIA/
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında “Şuşa İli” ilə əlaqədar müxtəlif məzmunlu videoçarxlar, videoməlumatlar hazırlanaraq sosial şəbəkə izləyicilərinə təqdim olunub.
Baş İdarədən AJMEDIA-ya bildirilib ki, növbəti dəfə Mərkəzi Kitabxananın İnformasiya-resurs şöbəsinin informasiya texnologiyaları üzrə mütəxəssisi Ruhiyyə Şabanova tərəfindən “Tanınmış Şuşa sakinləri” silsiləsindən “Şuşanın şairələri” adlı videoməlumat hazırlanıb.
Videoməlumatda azərbaycanlı şairə və dramaturq Qəmər bəyim Şeyda və Firudin bəy Köçərlinin “nadireyi zəmanə” saydığı, ölümünü ağır itki kimi dəyərləndirdiyi Fatma Kəminə haqqında məlumat verilib.
Videoməlumata kitabxananın feysbuk və instaqram səhifələrində baxmaq olar.