Şuşada Zəfər Qurultayının bağlanış mərasimi keçirilir

Tokio, 23 aprel , /AJMEDIA/

Şuşada Dünya Azərbaycanlılarının V Qurultayının – Zəfər Qurultayının bağlanış mərasimi keçirilir.
AJMEDIA xəbər verir ki, mərasimdə Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun, Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimovun və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Məftun Abbasovun çıxışları gözlənilir.
Sonra qurultay sənədlərinin qəbulu və diaspor nümayəndələrinin təltifetmə mərasimi olacaq.
Qeyd edək ki, aprelin 22-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində Dünya Azərbaycanlılarının V Qurultayı işə başlayıb. Qurultayda dünyanın 65 ölkəsindən 400-dən artıq diaspor nümayəndəsi iştirak edir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts