“Şuşa toponimlərinin türk mənşəyi Azərbaycan reallığında” – elmi sessiya

Tokio, 15 noyabr , /AJMEDIA/

Noyabrın 15-də AMEA Nəsimi adına Dilçilik İnstitutunda Toponimika şöbəsinin təşkilatçılığı ilə “Şuşa toponimlərinin türk mənşəyi Azərbaycan reallığında” mövzusunda elmi sessiya keçirilib.

AJMEDIA xəbər verir ki, tədbiri açan Dilçilik İnstitutunun baş direktoru professor Nadir Məmmədli Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən biri olan Şuşa haqqında dünya səyyahlarının, tarixçi alimlərin fikirlərini diqqətə çatdırıb. O, 28 ildən artıq işğal altında qalmış və müzəffər ordumuz tərəfindən 2020-ci il noyabrın 8-də azad edilmiş qədim Şuşa şəhərinin mədəni, mənəvi və strateji cəhətdən təkcə Qarabağ üçün deyil, bütün Azərbaycan üçün önəmli olduğunu bildirib. Professor vurğulayıb ki, Şuşa şəhərinin inzibati-ərazi bölgüsünə daxil olan türk mənşəli toponimlər daha qədimdir. Bu toponimlərin tədqiqinin elmi əhəmiyyəti ilə yanaşı, həm də siyasi əhəmiyyəti var.

Tədbirdə filologiya üzrə fəlsəfə doktoru, dosent Elçin İsmayılov “Şuşa şəhərində Qurdlar məhəlləsi”, filologiya elmləri doktoru Tünzalə Baxşıyeva “Şuşa şəhər inzibati ərazisində toponimlər”, doktorant Ayşən İsmayıllı “Qarabağın Şuşa şəhərinin mikrotoponimləri” mövzularında məruzə ilə çıxış ediblər.

Bildirilib ki, Şuşa şəhərinin inzibati-ərazi bölgüsünə daxil olan toponimlər leksik-semantik xüsusiyyətlərinə görə maraq doğurur. Bu adlar türk təfəkkürünü əks etdirir və Azərbaycan toponimik sisteminin tərkib hissəsi kimi tarixi inkişaf yolu keçib.

Professor İlhami Cəfərsoy qeyd edib ki, bu kimi tədbirlərin keçirilməsi Qarabağın, o cümlədən Şuşanın zəngin mədəniyyətinin, tarixinin tanıdılması, təbliğ edilməsi və gənc nəslə çatdırılması baxımından böyük əhəmiyyət kəsb edir.

Sonda mövzu ətrafında müzakirələr aparılıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts