Tokio, 26 fevral, /AJMEDIA/
Avqustda “Şuşa İli” çərçivəsində Xurşidbanu Natəvanın 190 illiyinə həsr olunan silsilə tədbirlər keçiriləcək.
AJMEDIA xəbər verir ki, bu, “Şuşa İli” ilə bağlı Tədbirlər Planı”nda öz əksini tapıb.
Tədbirlər planına əsasən tədbirlər Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi, Azərbaycan Yazıçılar Birliyi tərəfindən təşkil olunacaq.
Qeyd edək ki, “Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 5 yanvar tarixli 3096 nömrəli Sərəncamının 2-ci hissəsinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov “Şuşa İli” ilə bağlı Tədbirlər Planı”nın təsdiq edilməsi barədə Sərəncam imzalayıb.