“Şuşa İli” çərçivəsində mədəni irsin qorunmasının aktual problemləri ilə bağlı beynəlxalq konfrans keçiriləcək

Tokio, 15 aprel , /AJMEDIA/

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) tərəfindən “Şuşa İli” çərçivəsində oktyabrın 28-də “Mədəni irsin qorunmasının aktual problemləri” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçiriləcək.

Bu barədə AJMEDIA-ya ADMİU-dan məlumat verilib. Bildirilib ki, konfrans “Qarabağın itirilmiş mədəni irsinin geri qaytarılması problemləri”, “Mədəni irsin identifikasiyası, inventarlaşdırılması və rəqəmsallaşdırılması”, “Qeyri-maddi mədəni irsin aktuallaşdırılması”, “Mədəni irs – turizmin inkişafının potensial obyekti kimi”, “Mədəni irsin qorunmasının normativ-hüquqi mexanizmləri” bölmələri üzrə təşkil olunacaq.

Konfransın işçi dilləri Azərbaycan, türk, ingilis və rus dilləridir. Konfransda iştirakla bağlı məlumat və məqalə elektron formatda avqustun 28-dək medeniirs2022@gmail.сom elektron ünvana göndərilməlidir. Məqalənin tərtib edilməsi qaydaları və beynəlxalq konfrans haqqında ətraflı məlumatla ADMİU-nun saytında tanış olmaq mümkündür.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts