Tokio, 3 iyun , /AJMEDIA/
İyunun 12-dən 13-dək Şuşa şəhərində qadınlar arasında 3×3 basketbol üzrə Dünya Qadın Seriyasının oyunları keçiriləcək.
AJMEDIA xəbər verir ki, yarışda 3×3 qadın milli komandamızla yanaşı, ikisi klub komandası olmaqla, ümumilikdə, səkkiz komanda iştirak edəcək.
Almaniya, Niderland, Rumınya, Macarıstan, Türkiyə və Azərbaycanın 3×3 qadın yığma komandaları, Yaponiyanın “G FLOU” və yerli təmsilçimiz “Neftçi” klubu Dünya Qadın Seriyasında mübarizə aparacaqlar.