Suriya ərazisində Türkiyə hərbiçilərinə hücum edən terrorçular zərərsizləşdirilib

Tokio, 17 aprel , /AJMEDIA/

Türkiyə Silahlı Qüvvələri Suriya ərazisində terrorçulara növbəti dəfə ağır zərbə vurub.
AJMEDIA xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, Suriya ərazisində “Sülh çeşməsi” antiterror əməliyyatının aparıldığı bölgədə 13 PKK/YPG terrorçusu zərərsizləşdirilib. Terrorçuların bölgədə əməliyyat keçirən birləşmələrə hücum etdikləri bildirilir.
Antiterror əməliyyatları davam edir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts