“Sumqayıt”ın Antalyadakı rəqibləri bəlli olub

Tokio, 27 dekabr , /AJMEDIA/

“Sumqayıt”ın Türkiyənin Antalya şəhərindəki təlim-məşq toplanışında yoxlama oyunları keçirəcəyi rəqiblərin adlarına aydınlıq gəlib.

Klubdan verilən məlumata görə, “gənclik şəhəri” təmsilçisi yanvarın 12-də Rumıniyanın “Hermanştadt”, yanvarın 16-da isə Özbəkistanın “Soqdiana” komandası ilə qarşılaşacaq.

Qeyd edək ki, Samir Abasovun başçılıq etdiyi komanda yanvarın 6-dan 17-dək Antalyada hazırlıq keçəcək.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts