“Sumqayıt” futbol klubu yaponiyalı yarımmüdafiəçi ilə müqavilə imzalayıb

Tokio, 14 yanvar , /AJMEDIA/

“Sumqayıt” futbol klubu dövrlərarası fasilədə Diego Kariokadan sonra növbəti futbolçunun keçidini reallaşdırıb.
AJMEDIA klubun rəsmi saytına istinadla xəbər verir ki, komanda son olaraq Latviyanın “Valmiera” klubunda çıxış etmiş yaponiyalı yarımmüdafiəçi Masaki Murata ilə 1,5 illik müqavilə imzalayıb.
Qeyd edək ki, “Valmiera” ilə ötən mövsüm Latviya çempionu olan Masaki Murata 32 oyunda 2 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. O, həmçinin UEFA Avropa Konfrans Liqasında keçirdiyi iki oyunda da bir dəfə fərqlənməyi bacarıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts