Sülhməramlıların üç avtomobilinin aksiya ərazisindən maneəsiz keçidinə şərait yaradılıb

Tokio, 4 fevral , /AJMEDIA/

Rusiya sülhməramlılarına məxsus avtomobillər Laçın-Xankəndi yolunda dinc aksiya keçirilən ərazidə maneəsiz hərəkət edir.
AJMEDIA xəbər verir ki, Xankəndidən Laçın istiqamətində hərəkət edən Rusiya sülhməramlılarına məxsus iki təminat və bir yük avtomobilinin aksiya ərazisindən maneəsiz keçidinə şərait yaradılıb.
Bu, bir daha onu göstərir ki, aksiya iştirakçıları humanitar məqsədlərlə istifadə olunan avtomobillərin hərəkətinə heç bir maneə törətmirlər. Ermənistan mətbuatında yayılan və etirazçıların guya Xankəndi-Laçın yolunu bağladıqları və təminat avtomobillərini buraxmadıqları ilə bağlı xəbərlər qarşı tərəfin növbəti dezinformasiyasıdır.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts