Sülhməramlıların növbəti avtomobil karvanının aksiya ərazisindən keçidi təmin edilib

Tokio, 11 fevral , /AJMEDIA/

Azərbaycanlı ekofəalların Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda təşkil etdikləri etiraz aksiyası 62 gündür davam edir. Ərazi humanitar məqsədlər üçün açıqdır, sərbəst hərəkətə heç bir maneə yoxdur. Laçın-Xankəndi yolunda hər iki istiqamətə Rusiya sülhməramlılarına və Beynəlxalq Qızıl Xaç Komitəsinə məxsus avtomobillər maneəsiz hərəkət edirlər.
AJMEDIA xəbər verir ki, bu dəqiqələrdə sülhməramlılara məxsus 1 minik, 5 təminat avtomobili Xankəndidən Laçın istiqamətinə maneəsiz keçib.
Bu, bir daha onu göstərir ki, aksiya ərazisində hərəkət sərbəstdir. Ermənistan mətbuatında yayılan və etirazçıların guya Laçın-Xankəndi yolunu bağladıqları və təminat avtomobillərini buraxmadıqları ilə bağlı xəbərlər qarşı tərəfin növbəti dezinformasiyasıdır.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts