Sülhməramlıların daha iki avtomobili aksiya ərazisindən sərbəst keçib

Tokio, 20 fevral , /AJMEDIA/

Bu dəqiqələrdə Rusiya sülhməramlılarına məxsus daha iki avtomobil azərbaycanlı ekofəalların Laçın-Xankəndi yolunda dinc məqsədlə təşkil etdikləri aksiya ərazisindən sərbəst keçib.
AJMEDIA xəbər verir ki, Xankəndidən gələn iki minik avtomobili Laçın istiqamətinə gedib.
Həmişə olduğu kimi, bu gün – ekoaksiyanın 71-ci günündə də sülhməramlılara məxsus nəqliyyat vasitələrinin ərazidən heç bir maneə olmadan hərəkət etmələri bir daha aksiyanın məramının dinc olduğunu nümayiş etdirir. Azərbaycanlı ekofəallar etirazların ilk günündən humanist prinsiplərə sadiqdirlər. Heç də siyasi xarakter daşımayan bu aksiya Qarabağ ərazisində faydalı qazıntı yataqlarının istismarına qarşıdır.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts