Sülhməramlıların daha 14 avtomobilinin aksiya ərazisindən keçidinə şərait yaradılıb

Tokio, 11 yanvar , /AJMEDIA/

Rusiya sülhməramlılarına məxsus avtomobillər Laçın-Xankəndi yolunda təşkil olunan aksiya ərazisindən heç bir maneə olmadan sərbəst hərəkət edirlər.
AJMEDIA xəbər verir ki, bu dəqiqələrdə Laçından Xankəndi istiqamətinə hərəkət edən sülhməramlılara aid 14 təminat avtomobilinin aksiya ərazisindən keçidi təmin edilib. Həmişəki kimi, bu dəfə də onların sərbəst hərəkətinə şərait yaradılıb.
Bu, bir daha onu göstərir ki, ərazidə hərəkətin sərbəstliyi mütəmadi olaraq təmin olunur. Heç də siyasi xarakter daşımayan aksiya humanitar məqsədlərə xidmət edir. Ermənistan mətbuatında yayılan, etirazçıların guya Laçın-Xankəndi yolunu bağladıqları və təminat avtomobillərini buraxmadıqları ilə bağlı xəbərlər qarşı tərəfin növbəti dezinformasiyasıdır.
Xatırladaq ki, azərbaycanlı ekofəallar Qarabağda faydalı qazıntı yataqlarının istismarına qarşı Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda ötən il dekabrın 12-dən dinc aksiyaya başlayıblar.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts