Sülhməramlıların 8 avtomobilinin aksiya ərazisindən keçidinə şərait yaradılıb

Tokio, 20 yanvar , /AJMEDIA/

Həmişə olduğu kimi, bu gün də Rusiya sülhməramlılarına aid təminat avtomobilləri Laçın-Xankəndi yolunda təşkil olunan aksiya ərazisindən sərbəst hərəkət edirlər.
AJMEDIA xəbər verir ki, bu dəqiqələrdə Xankəndidən Laçın istiqamətində hərəkət edən sülhməramlılara məxsus 8 avtomobilin aksiya ərazisindən sərbəst keçidi təmin olunub.
Bu, bir daha onu göstərir ki, aksiya heç də siyasi xarakter daşımır və Laçın-Xankəndi yolu humanitar məqsədlər üçün açıqdır.
Xatırladaq ki, azərbaycanlı ekofəallar Qarabağda faydalı qazıntı yataqlarının istismarına qarşı Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda ötən il dekabrın 12-dən dinc aksiyaya başlayıblar.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts