Sülhməramlılar Qarabağdakı bütün yer adlarını Azərbaycanın tarixi toponimləri ilə əvəzləyib

Tokio, 29 oktyabr , /AJMEDIA/

Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti fəaliyyət göstərən Rusiya sülhməramlı kontingentinin gündəlik bülleteni yayımlanıb.

Mэlumata , Rusiya Müdafiə Nazirliyinin yaydığı bülletendə Azərbaycanın Xankəndi şəhərinin adının böyük hərflərlə qeydə olunması diqqət çəkib.

Bülletendə deyilir:

“Rusiya sülhməramlı kontingenti Azərbaycan Respublikasının Qarabağ İqtisadi Rayonu ərazisində tapşırıqları yerinə yetirməkdə davam edir.

Rusiya sülhməramlı kontingentinin məsuliyyət daşıdığı ərazidə atəşkəs rejiminin pozulması qeydə alınmayıb.

2023-cü il sentyabrın 19-dan etibarən Rusiya sülhməramlılarının Ağdərə, Xocavənd, Xocalı və Şuşa rayonlarında səkkiz müşahidə məntəqəsi və 16 müvəqqəti müşahidə məntəqəsi bağlanıb.

Sentyabrın 24-də XANKƏNDİ şəhəri və ətraf ərazilərdə elektrik enerjisinin verilişi bərpa edilib. Azərbaycandan ibarət birgə qrup RMK hərbi qulluqçularının müşayiəti ilə əhalinin məskunlaşdığı ərazilərə elektrik enerjisinin verilməsinin bərpası istiqamətində işləri davam etdirir.

Yollarda hərəkətin təhlükəsizliyini təmin etmək üçün altı post, o cümlədən ikisi Azərbaycan tərəfi ilə birgə quraşdırılıb”.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts