Strasburqda AŞPA-nın yaz sessiyası siyasi işə başlayıb

Tokio, 24 aprel , /AJMEDIA/

Avropa İttifaqının paytaxtı sayılan Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyası işə başlayıb.
Milli Məclisin Avropa Şurası Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri, parlamentin komitə sədri Səməd Seyidov, eləcə də nümayəndə heyətinin üzvləri sessiyada iştirak edirlər.
AJMEDIA xəbər verir ki, AŞPA-nın yaz sessiyası komitə və siyasi qrupların iclasları ilə başlayıb. Qurumun plenar iclasının açılışında Parlament Assambleyası sədrinin bəyanatı dinləniləcək. Sonra Assambleyanın İtaliya üzrə vitse-prezidentinin seçkisi, eyni zamanda, komitələrdə dəyişikliklər nəzərdən keçiriləcək.
Avropalı parlamentarilər, həmçinin 2023-cü il mayın 16-17-də Reykyavikdə keçiriləcək Avropa Şurasının dördüncü Sammitinə hazırlıq, “Rusiya Federasiyasına və ya Rusiya Federasiyasının faktiki nəzarəti altında olan Ukrayna ərazilərinə məcburi və ya, sadəcə, köçürülmüş ukraynalı mülki şəxslərin, xüsusən də uşaqların vəziyyəti”nə, eləcə də “Moldovada gərginliyin artmasında Rusiyanın rolu” ilə bağlı üç debatın təşkilini müzakirə edəcəklər.
Parlamentarilər yaz sessiyasının gündəliyini, eləcə də Daimi Komitənin hesabatını təsdiqləyəcəklər. Yaz sessiyasının ilk günü Büro və Daimi Komitənin fəaliyyətinə dair və Monteneqroda prezident seçkilərinin müşahidə hesabatlarının müzakirəsi ilə davam edəcək.
İlk plenar iclasın sonunda isə Avropa Şurasının İnsan hüquqları üzrə komissarı Dunya Miyatoviç 2022-ci il üçün fəaliyyət hesabatını təqdim edəcək.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts