Tokio, 08 iyul, /AJMEDIA/
Məşhur usta Antonio Stradivarinin düzəltdiyi və İkinci Dünya müharibəsi zamanı oğurlanmış skripka Tokioda tapılıb.
AJMEDIA xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb.
“Mendelson” aləti 1709-cu ildə hazırlanmış və saxlanmaq üçün Mendelson-Bonke ailəsinə verilmiş, lakin müharibə zamanı itmiş və ailənin onu tapmaq üçün edilən cəhdləri uğursuz olmuşdur.
Skripkanı mədəniyyət üzrə mütəxəssis Karla Çapro tanıyıb. O, 2018-ci ildə Yaponiyada keçirilən Stradivari alətləri sərgisindən fotoşəkilləri nəzərdən keçirib. Orada skripkanın adı Stelladır və onun 1707-ci ildə hazırlandığı bildirilir.
Ekspert fotoşəkilləri orijinal skripkanın şəkilləri ilə müqayisə edib və ağacın teksturasına əsaslanaraq onun “Mendelson” olduğunu müəyyən edib. Alət 2000-ci ildə Nyu-Yorkdakı hərracda satılıb və 1,5 milyon dollar dəyərində qiymətləndirilib. 2021-ci ilə olan vəziyyətə görə dünyada təxminən 650 Stradivari aləti, o cümlədən 450 skripka qalıb.