“Starliner” gəmisi Beynəlxalq Kosmik Stansiyaya birləşib

Tokio, 7 iyun , /AJMEDIA/

Göyərtəsində astronavtlar (61 yaşlı Batç Uilmor və 58 yaşlı Sani Uillyams) olan “Boeing” şirkətinin ilk pilotlu “Starliner” kosmik gəmisi Beynəlxalq Kosmik Stansiyaya (BKS) uğurla birləşib.

AJMEDIA ABŞ-ın Milli Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyinin (NASA) “X” sosial şəbəkəsindəki paylaşımına istinadla xəbər verir ki, dok manevri planlaşdırılan vaxtdan 80 dəqiqə gec başa çatıb. Gecikməyə səbəb kosmik kapsulun hərəkət sistemində yaranan problemlər olub. NASA-nın canlı yayımda olan şərhçisi qeyd edib: “Başlanğıcdan sonra daha iki sızma baş verdi. Hansısa məqamda manevr üçün istifadə edilən 28 korreksiyaedici ucluqdan beşi uğursuz oldu. Lakin sonradan beş hərəkətverici ucluqdan dördü yenidən işləməyə başladı ki, bu da BKS ilə uğurlu birləşməyə imkan verdi”.

“Boeing” korporasiyası göyərtəsində iki amerikalı astronavtla birlikdə “Starliner” kosmik gəmisini üçüncü cəhddən sonra BKS-ə göndərib. İyunun 5-də cihaz Florida ştatının Kanaveral burnundan “United Launch Alliance Atlas V” daşıyıcı raketindən istifadə etməklə buraxılıb.

Astronavtlar təxminən bir həftə stansiyada qalacaqlar. NASA bildirir ki, buraxılışın məqsədi kosmik gəminin sonradan stansiyaya və Yerə müntəzəm və təhlükəsiz uçuşlar həyata keçirə bilməsi üçün sertifikatlaşdırılmasıdır.

“Starliner”in kosmosa buraxılması üçün ilk cəhd mayın 6-da, ikincisi isə iyunun 1-də baş tutub. Onların hər ikisi texniki problemlərə görə ləğv edilib. Bu kosmik gəmi 2014-cü ildən dövlət-özəl tərəfdaşlığı çərçivəsində və NASA ilə müqavilə əsasında “Boeing” tərəfindən hazırlanıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts