“SpaceX” daha 23 “Starlink” peykini orbitə çıxarıb

Tokio, 18 noyabr , /AJMEDIA/

“SpaceX” şirkətinin “Falcon 9” daşıyıcı raketi qlobal internet şəbəkəsi üçün nəzərdə tutulan 23 ədəd “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb.

AJMEDIA xəbər verir ki, şirkətin məlumatına görə, daşıyıcı raket noyabrın 18-də ABŞ-ın Şərq sahilləri vaxtı ilə saat 00:05-də Birləşmiş Ştatların Kosmik Qüvvələrinin Kanaveral burnundakı (Florida ştatı) bazasından start götürüb.

Bu, 2019-cu ildən bəri internet peyklərinin orbitə çıxarılan sayca 123-cü, cari ildə isə 54-cü qrupudur. “SpaceX” indiyədək kosmik fəzaya ümumilikdə 5,4 mindən çox peyk buraxıb. Onların 5 mindən çoxu işlək vəziyyətdədir.

Dünyanın ən böyük peyk operatoru olan “SpaceX” orbitə ümumilikdə təxminən 12 min kosmik aparat çıxarmağı planlaşdırır. Şirkətin qiymətləndirməsinə əsasən, 10 milyard dollara başa gələcək layihə planetin istənilən guşəsində genişzolaqlı internetə çıxışı təmin etməyə imkan yaradacaq

Follow us on social

Facebook Twitter Youtube

Related Posts