“SpaceX” Avropanın iki naviqasiya peykini orbitə çıxarıb

Tokio, 18 sentyabr, /AJMEDIA/

“SpaceX” kompaniyasına məxsus “Falcon 9” daşıyıcı raketi Avropanın “Galileo” proqramına aid iki naviqasiya peykini orbitə çıxarıb.

AJMEDIA xəbər verir ki, daşıyıcı raket ABŞ-ın şərq sahili vaxtı ilə saat 18:50-də Florida ştatındakı Kanaveral burnundan start götürüb. Təxminən üç saat yarımdan sonra peyklər nəzərdə tutulan orbitə çıxarılıb.

Beləliklə, FM26 və FM32 peykləri Avropa İttifaqı və Avropa Kosmik Agentliyi tərəfindən 2016-cı ildə yaradılan Avropa naviqasiya sisteminin 23 min kilometr yüksəklikdə yerləşən qlobal orbital qruplaşmasına qoşulub.

Qeyd edək ki, 10 milyard avro dəyərində olan “Galileo” proqramının məqsədi Amerikanın GPS və Rusiyanın QLONASS sistemindən asılı olmayan yüksək dəqiqlikli naviqasiya sistemi yaratmaqdır. Peyklər bir metrədək dəqiqliklə məlumatlar ötürə bilir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts