Sosial Tərəqqi İndeksi üzrə beynəlxalq müqayisəli araşdırmada Azərbaycanın mövqeyi təhlil olunub

Tokio, 28 mart , /AJMEDIA/

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İqtisadiyyat İnstitutunun bir qrup əməkdaşının həmmüəllifliyi ilə “Sosial Tərəqqi İndeksi – 2020: Azərbaycanın mövqeyinin yaxşılaşdırılması” kitabı çap olunub.

Bu barədə AJMEDIA-ya İqtisadiyyat İnstitutundan məlumat verilib. İnstitutun Elmi şurasının qərarı ilə nəşr edilən kitabın elmi redaktoru iqtisad üzrə fəlsəfə doktoru, dosent Rəsmiyyə Abdullayeva, rəyçiləri AMEA-nın müxbir üzvü, professor Akif Musayev və dosent Allahyar Muradovdur. Kitab Sosial Tərəqqi İndeksi üzrə beynəlxalq müqayisəli araşdırmada (reytinqdə) Azərbaycanın mövqeyinin təhlilinə həsr olunub. Əsərdə Sosial Tərəqqi İndeksinin hesablanma metodologiyası qiymətləndirilib. Azərbaycanın göstəriciləri müxtəlif ölkələrin, əsas etibarilə qonşu dövlətlərin müvafiq göstəriciləri ilə müqayisə edilərək, yaxşılaşma potensialı olan göstəricilər müəyyən olunub, Azərbaycanın daha yuxarı pillələrə irəliləyə bilməsi üçün təkliflər verilib.

Tədqiqatın nəticələri, təklif və tövsiyələri iqtisadçılarla yanaşı, sosial-iqtisadi siyasət sahəsində qərar qəbul edənlər üçün də maraqlı və faydalı olacaq.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts