“Sonuncu dərs” çox seriallı uşaq filminin çəkilişlərinə start verilir

Tokio, 23 oktyabr , /AJMEDIA/

Azərbaycan İncəsənət Məktəbinin təşəbbüsü ilə “Sonuncu dərs” çox seriallı uşaq filminin çəkilişlərinə start veriləcək.

AJMEDIA xəbər verir ki, film uşaqlar arasında ünsiyyətdən, valideyn-uşaq, müəllim-şagird münasibətlərindən, eləcə də uşaqların təbiətə və heyvanlara qarşı nəzakətindən bəhs edəcək.

Filmdə 8-12 yaş arası uşaqlar iştirak edəcək. Hazırda uşaqların tədris proseslərində iştirak edir, uşaqlara peşəkar aktyorlarla görüş və ssenari üzərində iş, kamera önündə oyun tədrisləri keçirilir.

Serialda peşəkar aktyorlar rol alacaq.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts