Son beş ayda məcburi dövlət sosial sığorta üzrə daxilolmalar 8,9 faiz artıb

Tokio, 12 iyun , /AJMEDIA/

Bu ilin yanvar-may ayları ərzində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalarda proqnoza nisbətdə 186,9 milyon manat və ya 8,9 faiz artım qeydə alınıb.

Bu barədə AJMEDIA-ya Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən məlumat verilib.

Büdcə təşkilatları üzrə daxilolma ötən ilin müvafiq dövrü ilə müqayisədə 24,3 milyon manat və ya 3,3 faiz, qeyri-büdcə təşkilatları üzrə isə 198,2 milyon manat və ya 14,8 faiz artımla olub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts