Tokio, 20 yanvar , /AJMEDIA/
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi 2019-2023-cü illərdə “Scopus” elmmetrik bazasında indekslənən jurnallarda elmi işləri dərc olunan ilk 5 institutun göstəricilərini açıqlayıb.
Agentlikdən AJMEDIA-ya bildirilib ki, ölkə üzrə ilk beşliyə daxil olan institutlar Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərir.
Qrafikə əsasən, son 5 il üzrə ən yüksək nəticə 549 elmi işlə Riyaziyyat və Mexanika İnstitutuna aiddir. 2023-cü ildə nəşr olunan elmi işlərin sayına görə isə İdarəetmə Sistemləri İnstitutu, Riyaziyyat və Mexanika İnstitutu və Fizika İnstitutu ilk üçlükdə təmsil olunur.