Tokio, 31 dekabr, /AJMEDIA/
2019-2021-ci illər ərzində gömrükçülərin həyata keçirdiyi əməliyyatlar nəticəsində 6 ton 523 kiloqram narkotik vasitə və psixotrop maddə qanunsuz dövriyyədən çıxarılıb.
AJMEDIA xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyev deyib.
O bildirib ki, təkcə bu il 3 ton 43 kiloqram narkotik vasitə və psixotrop maddənin gömrük sərhədindən keçirilməsi cəhdinin qarşısı alınıb.