Tokio, 4 yanvar , /AJMEDIA/
Bu gün Somalinin Mahas şəhərində federal parlament üzvünün ofisi qarşısında iki minalanmış avtomobilin partlaması nəticəsində azı 15 nəfər həlak olub.
AJMEDIA xəbər verir ki, Somali Guardian informasiya portalının məlumatına görə, ölənlər arasında rəsmi şəxslər də var. Garowe portalı isə partlayışların terrorçu-kamikadzelər tərəfindən törədildiyini bildirib. Hakimiyyət orqanları hadisənin məsuliyyətini “Aş-Şabab” qruplaşmasının üzərinə qoyub.
Mahas şəhəri Somalinin mərkəzi hissəsində, paytaxt Moqadişodan 300 kilometr şimalda yerləşir.
“Aş-Şabab” qruplaşması Somalidə 2004-cü ildə yaradılıb. Qruplaşma 2008-ci ildən mütəmadi olaraq partlayışlar və digər terror aktları törədir. 2010-cu ildə ölkənin geniş ərazilərini nəzarətə götürən “Aş-Şabab” bir il sonra paytaxt Moqadişonu tərk etməyə məcbur olub. Bundan sonra ölkə hökuməti və onun müttəfiqləri ilə mübarizədə partizan müharibəsi taktikasına keçib. Müxtəlif məlumatlara əsasən, qruplaşmanın sıralarında 10 minədək silahlı var.