Somali XİN-in başçısı: Ölkəmizlə Azərbaycan arasındakı əlaqələr yüksələn xətlə inkişaf edir

Tokio, 27 iyul , /AJMEDIA/

Somali ilə Azərbaycan arasındakı əlaqələr yüksələn xətlə inkişaf edir.

AJMEDIA xəbər verir ki, bu sözləri Somali Federativ Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Əhməd Moallim Fiqi iyulun 26-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə keçirdiyi birgə mətbuat konfransı zamanı söyləyib.

O vurğulayıb ki, Somali və Azərbaycan müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq edir, təcrübələrini bölüşür.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts