Soçi şəhərində Həmrəylik Günü qeyd edilib

Tokio, 28 dekabr , /AJMEDIA/

AJMEDIA xəbər verir ki, Soçi şəhərində Həmrəylik Günü qeyd edilib
Rusiyanın Soçi şəhərində yerləşən Gənclər Evində Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş bayram şənliyi keçirilib.

“Dostluq” Azərbaycan Həmvətənlərə Dəstək Mərkəzinin təşkilatçılığı ilə baş tutan tədbirdə bu şəhərdə yaşayan soydaşlarımız və övladları iştirak ediblər.

Tədbir iştirakçılarını salamlayan mərkəzin sədri İlqar Səlimov soydaşlarımızı bayram münasibətilə təbrik edib. O, Həmrəylik Gününün tarixi əhəmiyyətindən danışıb. Bildirib ki, 1991-ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan edib.

Tədbirin əyləncəli hissəsində uşaqların qonağı Şaxta baba və Qar qız olub. Soydaşlarımızın övladları doğma dilimizdə şeirlər söyləyib, mahnılar oxuyub, rəqs ediblər.

Tədbir çərçivəsində soydaşlarımız və övladları kamera qarşısına keçərək doğum günü münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təbrik ediblər və xoş arzularını bildiriblər.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts