SOCAR-ın prezidenti 9-cu OPEC beynəlxalq seminarında çıxış edib

Tokio, 10 iyul, /AJMEDIA/

İyulun 9-da SOCAR-ın prezidenti Rövşən Nəcəf Avstriyanın paytaxtı Vyanada keçirilən 9-cu OPEC beynəlxalq seminarında iştirak edib.

AJMEDIA xəbər verir ki, Dünyanın qabaqcıl enerji şirkətlərini bir araya gətirən və qlobal enerji gündəliyinə dair müzakirələr üçün mühüm platformaya çevrilən seminar çərçivəsində SOCAR prezidenti bir sıra tədbirlərdə iştirak edib və ikitərəfli görüşlər keçirib.

“Siyasət və tənzimləmələr: Ədalətli və real enerji gələcəyi” mövzusunda yüksəksəviyyəli dəyirmi masada çıxış edən Rövşən Nəcəf enerji keçidinin hər bir ölkənin milli şəraitinə və iqtisadi potensialına uyğun şəkildə həyata keçirilməsinin vacibliyini qeyd edib. Bu xüsusda, müasir dövrdə Azərbaycanın enerji strategiyası, həmçinin SOCAR-ın enerji təhlükəsizliyi və davamlı inkişaf istiqamətində həyata keçirdiyi tədbirlər barədə məlumat verib.

Rövşən Nəcəf tədbir çərçivəsində “TotalEnergies” şirkətinin baş icraçı direktoru Patrik Puyanne, “Halliburton” şirkətinin İdarə Heyətinin sədri Ceff Miller, “Crescent Petroleum” şirkətinin baş icraçı direktoru Məcid Cəfər və OQEP şirkətinin baş icraçı direktoru Əhməd Əl Əzkavi ilə ikitərəfli görüşlər keçirib. Görüşlərdə enerji sektorunun müxtəlif istiqamətləri üzrə əməkdaşlıq imkanları nəzərdən keçirilib, birgə həyata keçirilən layihələr üzrə fikir mübadiləsi aparılıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts