Tokio, 1 noyabr, /AJMEDIA/
Nominal qiyməti 1000 dollar, tədavül müddəti 5 il, illik gəlirliliyi 4,5 faiz olan və kupon gəlirləri rüblük qrafiklər əsasında ödənilən SOCAR istiqrazlarının cari il üzrə 1 milyon 125 min dollarlıq sonuncu kupon ödənişi noyabrın 1-dən istiqraz sahiblərinin hesablarına köçürülüb.
“SOCAR Capital” şirkətindən AJMEDIA-ya bildirilir ki, istiqrazların növbəti kupon ödənişi 2025-ci il fevralın 1-də baş tutacaq.
Yerli fond bazarında ən çox ticarət olunan korporativ qiymətli kağız statusuna sahib SOCAR istiqrazları 12-ci kupon ödənişi nəticəsində sahiblərinə növbəti dəfə 1 milyon 125 min dollar gəlir gətirib və istiqraz sahiblərinin ümumi qazancı 13 milyon 500 min dollara yüksəlib (tədavül müddətinin sonunda toplam gəlir 22,5 milyon dollar təşkil edəcək).
Hazırda SOCAR istiqrazlarının təkrar bazar əməliyyatlarının həcmi 50 milyon dollara çatıb. Bağlanmış əqdlərin sayı isə 900-dür. 2016-cı ildən indiyədək investorlarına 40 milyon dollara yaxın gəlir qazandırıb.