Sloveniya Azərbaycanla enerji sahəsində əlaqələri inkişaf etdirmək niyyətindədir

Tokio, 5 iyun , /AJMEDIA/

Sloveniya Rusiya qazından asılıdır. Məqsədimiz yeni enerji mənbələri tapmaqdır. Azərbaycanla bu sahədə əlaqələri daha da gücləndirə bilərik.

AJMEDIA xəbər verir ki, bu sözləri Sloveniya ətraf mühit, iqlim və energetika nazirinin müavini Tina Sersen Bakı Enerji Forumunda çıxışı zamanı deyib.

“Enerji siyasətindən danışanda bizi burada birləşdirən müştərək cəhətlər var. Hər iki ölkənin böyük potensialı var. Biz yaşıl enerji sahəsində təcrübə mübadiləsi edə bilərik”, – deyə nazir müavini qeyd edib.

O vurğulayıb ki, Sloveniya ölkəsi Azərbaycanın COP29-a sədrliyini yüksək təqdir edir: “Bu konfransda sizə dəstək olacağıq və bu konfransa öz töhfəmizi verəcəyik”.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts