“Slovan” – “Jalqris” oyununu azərbaycanlı hakimlər briqadası idarə edəcək

Tokio, 6 sentyabr , /AJMEDIA/

FIFA referisi Rauf Cabarov yeni təyinat alıb.
AJMEDIA AFFA-nın saytına istinadla xəbər verir ki, o, UEFA Konfrans Liqasının qrup mərhələsi çərçivəsində “Slovan” (Bratislava, Slovakiya) – “Jalqris” (Litva) qarşılaşmasının baş hakimi olacaq. Ona Namik Hüseynov və Cavanşir Yusifov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Fərid Hacıyev yerinə yetirəcək.
“Slovan” – “Jalqris” oyunu sentyabrın 8-də keçiriləcək.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts