Slovakiya Milli Şurasının sədri Azərbaycana rəsmi səfərə gəlib

Tokio, 11 iyun , /AJMEDIA/

Slovakiya Respublikası Milli Şurasının sədri Boris Kollar iyunun 10-da Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.
AJMEDIA xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Slovakiya Respublikası Milli Şurasının sədri Boris Kolları Milli Məclis sədrinin müavini Fəzail İbrahimli, Azərbaycan-Slovakiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Anar Məmmədov, ölkəmizin Slovakiyadakı səfiri Rövşən Sadıqbəyli və digər rəsmi şəxslər qarşılayıblar.
Qeyd edək ki, rəsmi səfər iyunun 13-də başa çatacaq.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts