ŞKTR parlamentinin spikeri: Lefkoşa Azərbaycanın Şimali Kipr ilə yaxınlaşması səylərini alqışlayır

Tokio, 14 may , /AJMEDIA/

Lefkoşa Azərbaycan Respublikasının Şimali Kipr Türk Respublikası (ŞKTR) ilə yaxınlaşması səylərini alqışlayır.

AJMEDIA xəbər verir ki, bu barədə ŞKTR parlamentinin spikeri Zorlu Töre Azərbaycan Respublikası Milli Məclisinin Azərbaycan-Şimali Kipr Türk Respublikası (ŞKTR) parlamentlərarası əlaqələr üzrə İşçi qrupunun sədri Cavanşir Feyziyev və Türkiyə-Azərbaycan Parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım ilə keçirdiyi birgə mətbuat konfransında bildirib.

Z.Töre qeyd edib ki, Türkiyə ordusunun 1974-cü ildə Kipr türklərinin müdafiəsinə gəldiyi vaxtdan bəri ŞKTR-in suverenliyi və müstəqilliyi uğrunda mübarizə davam edir. O, diqqəti beynəlxalq hüququn böhranına, o cümlədən BMT-nin fikir ayrılıqlarının nizamlanması və dünyada sülhün təmin edilməsi məsələlərində aciz olmasına çəkib.

BMT Kipr türk xalqının hüquqlarını təmin etməkdə aciz olduğunu nümayiş etdirir. Qərəz və ikili standartlar siyasəti var. Ona görə də biz problemlərimizi həll etmək üçün özümüz addımlar atmalı, düşmənlərimizin ardınca getməməliyik”, – deyə parlamentin sədri bildirib.

Azərbaycanın və şəxsən Prezident İlham Əliyevin ŞKTR-in dünya ictimaiyyətinə daha da yaxınlaşması səylərinə verdiyi töhfəni yüksək qiymətləndirən natiq Azərbaycan torpaqlarının erməni işğalından azad edilməsi ilə bağlı Kipr türklərinin səmimi sevinc hissi keçirdiklərini vurğulayıb.

“Türk dövlətləri həmrəylik nümayiş etdirməli, bir-birinə dəstək olmalıdır. Əks halda, düşmənlərimiz daha da fəallaşacaq. Biz hamımız böyük birləşmiş türk millətinin bir parçasıyıq. Ümid edirəm ki, Türkiyə və Azərbaycanla birliyimiz digər ölkələr üçün də nümunə olacaq”, – deyə Z.Töre vurğulayıb.

O, Türkiyə və Azərbaycanla diaspor təşkilatları səviyyəsində əməkdaşlığın vacibliyini də qeyd edib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts