Tokio, 16 iyun , /AJMEDIA/
İyunun ikinci ongünlüyünun sonunadək əsasən şimal və qərb rayonlarında qeyri-sabit hava şəraitinin davam edəcəyi gözlənilir. Bəzi yerlərdə şimşək çaxacağı, fasilələrlə yağış yağacağı proqnozlaşdırılır.
Bu barədə AJMEDIA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Məlumata əsasən, qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir 18-23 metr/saniyə olacaq. Çaylarda sululuğun artacağı ehtimalı var.