Tokio, 22 mart , /AJMEDIA/
Cənubi Koreya və ABŞ Şimali Koreyanın neft qaçaqmalçılığı ilə mübarizə aparmaq üçün işçi səviyyəli məsləhət orqanı yaratmaq haqqında razılığa gəliblər.
AJMEDIA xəbər verir ki, bu barədə Cənubi Koreyanın Xarici İşlər Nazirliyi açıqlama yayıb. Bildirilir ki, Koreya Xalq Demokratik Respublikasının (KXDR) BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə zidd olaraq neft qaçaqmalçılığını davam etdirməsi Seul ilə Vaşinqtonu bu istiqamətdə əməkdaşlığı dərinləşdirməyə vadar edib.
Qeyd edək ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əsasən Şimali Koreyaya ildə 500 min bareldən çox neft idxal etmək qadağan olunub. Martın 21-də Təhlükəsizlik Şurasının Şimali Koreyaya sanksiyalar komitəsinin panel iclasında təqdim olunan hesabatda KXDR bayrağı altında üzən tankerlərin ötən ilin yanvar-sentyabr aylarında 1,5 milyon barel neft daşıması ehtimal olunub.