Sergey Lavrov: Moskva üçtərəfli bəyanatların nəzərdə tutduğu məsələlərin həllinə kömək göstərməyə hazırdır

Tokio, 2 mart , /AJMEDIA/

Moskva Rusiya, Azərbaycan və Ermənistan arasında üçtərəfli bəyanatların nəzərdə tutduğu məsələlərin həllinə kömək göstərməyə hazırdır.

AJMEDIA xəbər verir ki, bunu Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin rəhbəri Sergey Lavrov Antalya Diplomatiya Forumunun yekunlarına həsr olunan mətbuat konfransında bildirib.

“Azərbaycanlı həmkarlarımızla müntəzəm dialoqumuz mövcuddur. Onlar Rusiya, Azərbaycan və Ermənistan tərəfindən yüksək səviyyədə qəbul olunan üçtərəfli bəyanatlar silsiləsinə müvafiq olaraq, həm regionda bütün kommunikasiyaların açılmasına, həm Azərbaycan və Ermənistan arasında sərhədlərin RF-nin konsultativ köməyi ilə delimitasiyasına, həm də sülh sazişinin hazırlanmasına münasibətdə bütün məsələləri həll etməyə hazırlıqlarını təsdiqləyirlər”, – deyə S.Lavrov vurğulayıb.

O qeyd edib ki, RF XİN-in xüsusi tapşırıqlar üzrə səfiri bu yaxınlarda Azərbaycanın paytaxtında olub. “Ermənistan paytaxtına səfərə gəlincə, ermənistanlı həmkarlar bunu təsdiqləməyiblər”, – deyə nazir əlavə edib.

S.Lavrovun fikrincə, Ermənistan-Azərbaycan məsələsinin həllində irəliləyiş Rusiya, Azərbaycan və Ermənistan rəhbərlərinin üçtərəfli bəyanatlarının nə dərəcədə vicdanla yerinə yetiriləcəyindən asılı olacaq.

“Ermənistan rəhbəri tərəfindən gündəlik əsasda səsləndirilən bəyanatlar bizi əslində nə baş verməsi və bunları praktiki addımlarımızda necə nəzərə almalı olduğumuz barədə düşünməyə vadar edir”, – deyə RF XİN başçısı bildirib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts