Şavkat Mirziyoyev Azərbaycanı ərazi bütövlüyünün bərpası münasibətilə təbrik edib

Tokio, 3 noyabr , /AJMEDIA/

Azərbaycanı ərazi bütövlüyünün bərpası münasibətilə təbrik edirəm.

AJMEDIA xəbər verir ki, bunu Özbəkistanın Prezidenti Şavkat Mirziyoyev Türk Dövlətləri Təşkilatının (TDT) dövlət başçılarının Astanada keçirilən 10-cu Zirvə Toplantısında deyib.

“Dost Azərbaycan xalqı türk dünyasında xüsusi yer tutmaqla böyük hörmət və nüfuza malikdir. Son illərdə Azərbaycan xalqı Prezident İlham Əliyevin rəhbərliyi altında nəhəng uğurlar qazanıb, tarixi ədalət zəfər çalıb, Qarabağın ölkənin ayrılmaz hissəsinə, quruculuq ərazisinə çevrilməsində görkəmli nəticələr əldə olunur. Avqust ayında Şuşada və Füzulidə olarkən müasir infrastrukturun yaradılması istiqamətində aparılan genişmiqyaslı quruculuq işlərinin, dağıdılmış mədəni irs obyektlərinin bərpa olunduğunun şəxsən şahidi oldum. Bir daha Azərbaycan xalqını böyük qələbə, ərazi bütövlüyünün tam bərpası münasibətilə ürəkdən təbrik edirəm”, – o deyib.

Xatırladaq ki, bu gün Qazaxıstanın paytaxtı Astanada Türk Dövlətləri Təşkilatının (TDT) 10-cu yubiley sammiti başlayıb.

Sammit çərçivəsində fövqəladə hallar və metrologiya sahəsində çoxtərəfli sənədlərin imzalanması gözlənilir. Bundan əlavə, TDT-nin nəqliyyat proqramının həyata keçirilməsi üzrə birgə fəaliyyət planı, həmçinin Astana Aktı və Astana Sammitinin Bəyannaməsi imzalanacaq.

Zirvə toplantısının sonunda TDT-yə sədrlik Özbəkistandan Qazaxıstana keçəcək.

2023-cü ildə Özbəkistan TDT-yə sədrlik edir. Sədrliyin başlanğıcı ötən ilin noyabrında “Türk sivilizasiyasının yeni dövrü: ortaq inkişaf və tərəqqiyə doğru” çağırışı altında keçirilən TDT sammiti olub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts