Sankt-Peterburqda MDB Parlament Assambleyasının komissiya iclasları keçiriləcək

Tokio, 15 aprel , /AJMEDIA/

Rusiyanın Sankt-Peterburq şəhərində MDB Parlamentlərarası Assambleyasının komissiya iclasları keçiriləcək.

AJMEDIA xəbər verir ki, tədbirdə Milli Məclisin deputatları da iştirak edəcəklər. Parlamentin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev MDB PA-nın Elm və təhsil komissiyasının, deputatlar Rasim Musabəyov Siyasi məsələlər və beynəlxalq əməkdaşlıq komissiyasının, Mixail Zabelin isə Aqrar siyasət, təbii ehtiyatlar və ekologiya komissiyasının iclaslarına qatılacaqlar.

Siyasi məsələlər və beynəlxalq əməkdaşlıq komissiyasında Cenevrə Konvensiyalarının 75-ci ildönümü və Beynəlxalq Qızıl Xaç Komitəsinin fəaliyyəti, BMT-nin Terrorla Mübarizə İdarəsi ilə əməkdaşlıq və terrorizmlə mübarizə, MDB PA-da müşahidəçi statusu haqqında Əsasnamə layihəsi, Beynəlxalq parlament təşkilatlarının tədbirlərinin nəticələri və bu təşkilatların işində MDB iştirakçısı olan dövlətlərin parlament nümayəndə heyətlərinin fəaliyyətlərinin əlaqələndirilməsi barədə və digər mövzularda müzakirələr aparılacaq. Komissiya sədrinin müavini Rasim Musabəyov Asiya Parlament Assambleyasının 14-cü Plenar Sessiyasının yekunları barədə məruzə ilə çıxış edəcək.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts