Sankt-Peterburqda MDB ölkələrinin liderlərinin qeyri-rəsmi görüşü keçiriləcək

Tokio, 27 noyabr, /AJMEDIA/

Dekabrın sonunda Sankt-Peterburqda MDB ölkələrinin liderlərinin qeyri-rəsmi görüşü keçiriləcək.

AJMEDIA xəbər verir ki, bu barədə Rusiya Federasiyası Prezidentinin köməkçisi Yuri Uşakov jurnalistlərlə söhbətində məlumat verib.

“Dekabrın sonunda ənənəvi olaraq son illər ərzində keçirildiyi kimi, Sankt-Peterburqda MDB ölkələri liderlərinin ənənəvi dostluq görüşü baş tutacaq. Bu qeyri-rəsmi olacaq”, – deyə Uşakov bildirib.

O, hər hansı bir sənədin imzalanmasının planlaşdırılmadığını vurğulayıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts