Samoanın səfiri: İnkişaf etməkdə olan kiçik ada dövlətlərinə göstərilən diqqət təqdirəlayiqdir

Tokio, 28 iyun , /AJMEDIA/

COP29-a hazırlıq çərçivəsində Samoa kimi inkişaf etməkdə olan kiçik ada dövlətlərinə göstərilən diqqətə görə çox şadam.

AJMEDIA xəbər verir ki, bu sözləri Samoanın Belçika və Avropa İttifaqı üzrə səfiri Françella Striklend söyləyib.

Avropa İttifaqı tərəfindən Londondakı Təbiət Tarixi Muzeyində keçirilən COP29-la bağlı paneldə iştirak edən F.Striklend Azərbaycanın COP29 sədrliyindən çox məmnun olduğunu bildirərək deyib: “Mən xüsusilə şadam ki, Samoa kimi inkişaf etməkdə olan kiçik ada dövlətlərinə diqqət göstərilir. Həm Azərbaycanın COP29 -un ev sahibi kimi gördüyü işlərdən, həm də bizim iqlim dəyişikliyi komandamızın məlumatlarından görünür ki, COP29-un uğur qazanmasını təmin etmək üçün bütün öhdəliklər yerinə yetirilir. Biz bu cür fəaliyyəti alqışlayırıq və COP29-un başlanmasını səbirsizliklə gözləyirik. Təkcə Azərbaycanda, Bakıda olmaq baxımından deyil, həm də iqlim dəyişikliyindən ən çox əziyyət çəkən kiçik ada dövlətləri olaraq bir sıra önəmli vəd və layihələrin yerinə yetiriləcəyi ümidi ilə COP29-u gözləyirik”.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts