Samir Şərifov: Beynəlxalq maliyyə institutları regiondakı vəziyyəti qiymətləndirərək analiz aparmalıdır

Tokio, 23 iyun , /AJMEDIA/

Beynəlxalq maliyyə institutları regiondakı vəziyyəti qiymətləndirərək analiz aparmalıdır.
AJMEDIA xəbər verir ki, bu sözləri mayın 23-də Bakı keçirilən Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) Rəhbərlər Şurasının 24-cü illik toplantısında maliyyə naziri, bankın Azərbaycan üzrə təmsilçi direktoru Samir Şərifov deyib.
Nazir bildirib ki, regionda baş verən gərginlik dünyanın qida təhlükəsizliyini təhdid edir, Qara dənizdə logistika sahəsində problemlər yaradır. Beynəlxalq maliyyə institutları yaranan vəziyyəti qiymətləndirərək analiz aparmalıdırlar.
“Azərbaycan regionun iqtisadi inkişafı istiqamətində işlər görür və bu yöndə atdığı addımlara sadiqdir. Eyni zamanda, bankın fəaliyyət göstərdiyi coğrafi ərazinin daha da genişləndirilməsi üçün qarşıya qoyduğu hədəfləri tam dəstəkləyirik”, – deyə Samir Şərifov diqqətə çatdırıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts